Millimizin futbolçusu Avroliqada növbəti oyununa çıxıb

00:25 - 13 Dekabr 2013

Abışov 45 dəqiqə meydanda olub
 
Avropa Liqasının qrup mərhələsində son oyunlar keçirilib.
 
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” də bu turda növbəti matçına çıxıb. 
 
Kazan klubu səfərdə Belçika təmsilçisi “Zulte Varegem”lə üz-üzə gəlib. Görüş qonaq komandanın 0:2 hesablı qələbəsi ilə başa çatıb. 
 
Abışov isə bu matçda start heyətdə meydana çıxıb. Futbolçumuz oyunun 46-cı dəqiqəsində Rondonla əvəzlənib.

Xəbər xətti