Avropa Liqasında səbətlər müəyyənləşdi

11:55 - 13 Dekabr 2013

"Trabzonspor" səpələnmişlər torbasında
 
Avropa Liqasının 1/16 final mərhələyə yüksələn klubların tam siyahısı müəyyənləşib.
 
 
Sportal.az xəbər verir ki, qrup mərhələsini uğurla adlayan 24 komanda Çempionlar Liqasında qrup üçüncüsü olan 8 iştirakçı ilə birlikdə gələn il qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirəcək.
 
Dekabrın 16-da saat 16:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma ərəfəsində 32 komanda 2 səbətə bölünüb.
 
 
"Səpələnmişlər": Valensiya” (İspaniya),“Ludoqorets” (Bolqarısran),“Zalsburq” (Avstriya), “Rubin” (Rusiya) , “Fiorentina”(İtaliya),“Ayntraxt”(Frankfurt, Almaniya) , “Genk” (Belçika), “Sevilya” (İspaniya) , “Lion” (Fransa), “Trabzonspor” (Türkiyə), “Tottenhem” (İngiltərə), PAOK (Yunanıstan), "Bazel" (İsveçrə), "Napoli" (İtaliya), "Şaxtyor" (Ukrayna), "Benfika" (Portuqaliya)
 
"Səpələnməmişlər": "Suonsi” (İngiltərə) , “Çernomorets” (Ukrayna), "Esbyerq” (Danimarka), “Maribor” (Sloveniya), “Dnepr” (Ukrayna), "Makkabi” (Təl-Əviv, İsrail) , “Dinamo” (Kiyev, Ukrayna), "Slovan” (Çexiya), “Betis” (İspaniya), “Latsio” (İtaliya) ,“Anji” (Rusiya), "AZ Alkmaar” (Hollandiya), "Ayaks" (Hollandiya), "Porto" (Portuqaliya), "Viktoriya" (Çexiya), "Yuventus" (İtaliya)

Xəbər xətti