"Bu stadion "Qarabağ"ın oyunu üçün ən gözəl stadiondur" MÜSAHİBƏ

15:00 - 13 Dekabr 2013

Ansi Aqolli:"Ehtiyyat skamyasında bu futbolçuları əvəzləyə biləcək yaxşı futbolçularımız var"
 
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin Sportal.az-a müsahibəsi
 
- Başlayaq "Neftçi" ilə oyundan. Necə keçdi oyun?
- Bu oyun bizim üçün çox önəmli idi,  çünki üç oyun idi ki, qələbə qazana bilmirdik. Oyunda çox yaxşı oynadıq və layiqli qələbə qazandıq. Şadam ki, bu gün qələbə qazandıq. Azərbaycanın ən güclü komandasını məğlub etdik və yenidən lider olduq.
 
- Qış fasiləsinin başlamasına iki oyun qalıb. Bu iki oyundan sonra liderliyi qoruya biləcəksiniz?
- Artıq "Neftçi" ilə oyun geridə qaldı, biz  bu oyunu unudub "Bakı" ilə oyuna konsantrasiya olmalıyıq. Bizim məqsədimiz "Bakı" ilə oyundan üç xal alıb yolumuza davam etməkdir. Hər oyun çətindir bizim üçün. "Bakı" ilə oyundan sonra "İnter"lə oyun haqqında fikirləşməyə başlayacağıq.
 
- "Neftçi" ilə oyundan əvvəl üç oyunda lazımsız xallar itirdiniz. "Qarabağ" bu mövsüm güclü rəqiblərini məğlub edir ancaq qismən aşağı pillələrdə yerləşən komandalara qarşı xal itirirsiniz?
- Bu futboldur, bu barədə nə deyə bilərəm. Ola bilsin ki, xal itirdiyimiz rəqiblər bizə qarşı qapalı oyun nümayiş etdirirlər. Biz bütün oyunlarda yaşı oyun göstəririk, ancaq qol vura bilmirik.
 
- "Qarabağ" Respublika stadionunda daha yaxşı oyun göstərir. Xal itirdiyiniz oyunların əksəriyyətində başqa stadionlar da oynamısınız. Səncə, bu amil sizə təsir edə bilıər?
- Bu stadion bizim evimiz kimidir, həm də stadionun zəmini bu il çox yaxşıdır. Bu stadion bizim oyunumuz üçün ən yaxşı stadiondur.
 
- "Bakı" ilə oyuna itkilərlə çıxacaqsınız..
- Bəli, bu oyunda iki futbolçumuz zədəyə görə, iki futbolçumuz isə sarı vərəqə limitinə görə oynaya bilməyəcək.  Ancaq mən fikirləşirəm ki, ehtiyyat skamyasında bu futbolçuları əvəzləyə biləcək yaxşı futbolçularımız var. Bu bizim üçün bəhanə olmamalıdır.
 
Yusif HÜSEYN

Xəbər xətti