Messinin yaşıl meydanlara qayıdacağı vaxt dəqiqləşdi

18:06 - 13 Dekabr 2013

Futbolçu həkimlərinin nəzarətilə fərdi proqramla məşq edir
 
Noyabrın 10-da İspaniya La Liqasının XIII turunda “Betis”lə oyun zamanı sol budundan zədələnən “Barselona”nın ulduz futbolçusu Lionel Messi yaşıl meydanlara yanvar ayının 1-ci yarısında çıxacaq. 
 
Sportal.az xəbər verir ki, hazırda vətənində reabilitasiya kursu keçən təcrübəli forvard Argentina yığmasının həkimlərinin nəzarətilə fərdi proqramla məşq edir.
 
“Barselona”nın idman direktoru Andoni Subisarreta, komandanın həkimi Rikardo Pryuna və klubun texniki xidmətinin nümayəndəsi Pepe Kosta Messi ilə görüşmək üçün gələn həftə Argentinaya yola düşəcəklər. 

Xəbər xətti