"Rəvan" Lənkərana yola düşür

19:10 - 13 Dekabr 2013

Elvin Həsənəliyev meydanda ola bilər
 
Bazar günü "Xəzər Lənkəran” ilə  Premyer Liqanın 17-ci turu çərçivəsində qarşılaşacaq "Rəvan” artıq oyun üçün Bakı hazırlığını başa vurub.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, "aslanlar" bu gün "Bayıl Arena”da məşqə çıxıb.
 
Təxminən saatyarım davam edən hazırlıqda yalnız zədəli Tofiq Mikayılov iştirak etməyib. Ümumi qrupa qoşulan Elvin Həsənəliyevin durumu da qənaətbəxşdi. "7” nömrə həftəsonu meydana çıxa biləcək. Əvəzində Ceyhun Cavadovla Novruz Məmmədov 4 sarı vərəqəyə görə cəzalı duruma düşüb və onlar Lənkərana aparılmayacaq. Digər tərəfdən, İvan Pexa və Rəşad Abdullayev cəzasını başa vurub və baş məşqçinin sərəncamında olacaq.
 
Sabah səhər Lənkərana yola düşəcək "Rəvan" oyunöncəsi son məşqini də Lənkəran şəhər stadionunda həyata keçirəcək.

Xəbər xətti