Yuri Syomin də Fariz Məmmədova dəstək verdi FOTOLAR

14:02 - 14 Dekabr 2013

Məşqçi və futbolçu heyəti çəki ölçmə mərasiminə qatılıb

 

Bu gün Azərbaycanı və "Qəbələ"ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun Qəbələ Olimpiya İdman Kompleksində Avropa Çempionluğu uğrunda Almaniya təmsilçisi Matias Pelklə üz-üzə gələcəyi haqda xəbər vermişdik.  

 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, döyüşdən öncə plana uyğun olaraq döyüşçülər tərəziyə çıxıblar.
 
Çəki ölçmə mərasimində boksçular və təşkilat komitəsinin üzvləri ilə yanaşı "Qəbələ"nin məşqçi və futbolçu heyəti də iştirak edib. Boksçumuza dəstək verən "qırmızı-qaralar" ona turnirdən xatirə köynəkləri imzaladıblar. Dəstəkçilər arasında baş məşqçi Yuri Syomin də yer alıb.

Xəbər xətti