"Şahdağ" səfərdə darmadağına imza atdı, "Kəpəz" yenə məğlub oldu

18:06 - 14 Dekabr 2013

"Qaradağ Lökbatan" üç xalı üç qolla qazandı
 
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun növbəti oyunları baş tutub.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş baş tutub.
“Qaradağ Lökbatan” “Şəmkir”i darmadağın edib. “Şuşa” “Kəpəz” üzərində qələbəyə sevinib. “Bakılı” isə “Şahdağ”la ev oyununda darmadağınla üzləşib.
 
1-ci divizion
14-cü tur
14 dekabr
 
Qaradağ Lökbatan - Şəmkir  3:0
Qollar: Anar Həsənov, 5, Novruz Ələkbərov, 51-pen. Murad İsgəndərli, 84.
 
Şuşa - Kəpəz  2:1
Qollar: Əli İsmayılov, 67-öz qapısına, Əhməd Ticani, 88 - Xəyal Mustafayev, 75.
 
Bakılı - Şahdağ  1:4
Qollar: Röyal Nəcəfov, 42 - Sərxan Ağayev, 3, Emin Əmiraslanov, 45, Məhəmməd Hüseynov, 58, Vüqar Asəliyev, 82.

Xəbər xətti