"Matçın sonunda azarkeşlərimizə təşəkkür etmədiyim üçün çox pis oldum" FOTO

12:06 - 15 Dekabr 2013

Məsut Özil üzr istədi
 
"Arsenal"ın futbolçusu Məsut Özil "Mançester Siti"yə 6:3 hesablı məğlubiyyətdən sonra baş verənlərlə bağlı azarkeşlərdən üzr istəyib.
 
Sportal.az xəbər verir ki, matçın ardından "Arsenal"ın iki futbolçusu Per Mertezakerlə Məsut Özil arasında qalmaqal yaşanıb. 
 
Buna səbəb Özilin oyundan sonra onları dəstəkləməyə gələn azarkeşlərin yerləşdiyi tribunaya gedib təşəkkür etməməsidi. Bu zaman Mertezaker təcrübəli yarımmüdafiəçiyə sərt reaksiya verib. Özil isə "Facebook" səfifəsində etdiyi hərəkətə görə azarkeşlərdən üzr istəyib:
 
"Matçın sonunda azarkeşlərimizə təşəkkür etmədiyim üçün çox pis oldum. Bizi dəstəkləmək üçün uzun yol gəldiklərini və pul xərclədiklərini bilirəm".
 

Xəbər xətti