Foqts bu gün iki qarşılaşmanı canlı izləyəcək

12:47 - 15 Dekabr 2013

Əvvəlcə "Bakı" - "Qarabağ", daha sonra "Neftçi" - "Qəbələ"
 
Milli komandamızın baş məşqçisi Berti Foqts yenidən Bakıya gəlib.
 
Sportal.az xəbər verir ki, Foqtsun Bakıya gəlməsinə səbəb Premyer Liqanın oyunlarını canlı izləməkdir. Belə ki, bu gün keçiriləcək "Bakı" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" oyununu millinin baş məşqçisi tribunadan izləyəcək.
Qeyd edək ki, oyunlar 14:00 və 18:00-da baş tutacaq

Xəbər xətti