"Hesab 1-1 olsa idi, bu, ədalətli nəticə olardı"

18:28 - 15 Dekabr 2013

Şahin Diniyev: "Komandamdan razıyam"

 

“Maraqlı oyun oldu. Komandamdan razıyam, sona kimi mübarizə apardıq."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Şahin Diniyev deyib. Diniyev hesabın belə bitməsindən narazı qalıb:

 

"Fikrimcə, hesab 1-1 olsa idi, bu, ədalətli nəticə olardı. Hesabı bərabərləşdirmək üçün bir neçə imkanımız oldu”. 

Xəbər xətti