Nazim Süleymanov:"Hakimliklə bağlı müəyyən məqamlar var"

20:47 - 15 Dekabr 2013

"Buna görə rəhbərliyə minnətdaram"
 
"Bu gün qələbəyə layiq idik, bunu oyunumuzla sübut etdik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov "Qəbələ" ilə oyundan sonra bildirib. O, bir neçə məqamlara da aydınlıq gətirib:
 
"Qələbə həmişə yaxşıdır. Bir tərəf qalib gələndə, digəri məğlub olur. “Qarabağ”a məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu. Amma rəhbərlik mənə dəstək oldu, buna görə minnətdaram. Futbol əzmkar mübarizədir, çox gözəl oyun oldu. Rəqib komanda da gözəl oyun nümayiş etdirdi. Hakimliklə bağlı hər hansı məqamları qeyd etmək istəmirik, lakin müəyyən məqamlar var. İqor Mitreski “Qarabağ”la oyunda buraxdığı səhvlərə görə bu gün əsas heyətdə yox idi".

Xəbər xətti