AFFA Foqtsla bağlı cavabı tez verəcək

11:04 - 16 Dekabr 2013

İclasın vaxtı dəyişdirilib 
 
Dekabrın 18-də AFFA-nın inzibati binasında keçiriləcək İcraiyyə Komitəsinin növbəti iclasının başlanma vaxtı dəyişdirilib.
 
Sportal.az xəbər verir ki, iclas, əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 11:00-da deyil, saat 10:00-da başlayacaq. Gündəliyə daxil edilmiş məsələləri bir daha diqqətinizə çatdırırıq:
 
1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi
2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması
3. AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi
4. Digər məsələlər

Xəbər xətti