"Beşiktaş"lı futbolçular azarkeşi meydanda təpiklədilər VİDEO

12:18 - 16 Dekabr 2013

Stadionda aləm bir-birinə dəydi
 
Türkiyə Super Liqasında 2-1 yekunlaşan "Kasımpaşa" - "Beşiktaş" oyununda meydana daxil olan bir azarkeş aləmi bir-birinə qatıb. 
 
Sportal.az xəbər verir ki, matçın 80-ci dəqiqəsində stadionun ot örtüyünə girən azarkeş "Beşiktaş"ın futbolçusu Manuel Fernandesi yumruqla yerə sərib.
 
Bundan sonra isə "Beşiktaş"lı futbolçular yerə yıxılan azarkeşi təpikləməyə başlayıblar. Azarkeş mühafizə tərəfindən saxlanılıb.
 

Xəbər xətti