Vüqar Nadirovdan Qurban Qurbanova: "O da azərbaycanlıdır !"

14:35 - 16 Dekabr 2013

"Rəşad Sadıqovun olmaması planlarımızı alt-üst etdi"

 

"Məğlub olduq, İstəməzdik belə olsun. Bu futboldu, bəzən belə şeylərə hazır olmalısan. Arxayınçılıq da var idi. Komandada bir neçə aparıcı futbolçunun olmaması oyunumuza təsir etdi. Deyərdim ki, Rəşad Sadıqovun olmaması planlarımızı alt-üst etdi. Çünki Sadıqov oyunu arxadan quran zaman daha keyfiyyətli hücumlar qura bilirik. Bu oyunda isə yalnız hava topları oynamağa çalışdıq."

 

Bu sözləri Sportal.az-a açıqlamasında Vüqar Nadirov deyib. Nadirov baş məşqçi Qurban Qurbanovun ona əsəbləşməsinə də aydınlıq gətirib:

 

"Hücuma çıxan zaman "Bakı"nın hücumçusu Rauf Əliyevin yerdə qaldığını gördüm. Mən topu auta atdım. Qurban Qurbanov da buna əsəbləşdi. Mən bunu etməliydim, axı, o da azərbaycanlıdır!."

 

Nadirov Maksim Medvedevlə arasında olan mübahisəyə də aydınlıq gətirdi:

 

"Yox, heç bir problem yoxdu. Sadəcə olaraq oyunu müzakirə edirdik."

 

Nadirov sonda oyunun sonlarına yaxın rəqibin cərimə meydançasında əl ilə oynadığı epizodu belə şərh etdi:

 

"Mən o epizodu dəqiq görə bilmədim. Əgər dəymişdisə, hakim verməli idi. Bunu oyunun videoyazısına baxdıqdan sonra deyə bilərəm".

Xəbər xətti