Kaxaber Sxadadzenin yadına salmaq istəyirik: 11 oyundu STATİSTİKA

16:17 - 16 Dekabr 2013

"İnter" 2010-cu ildən bu yana "Qarabağ"ı məğlub edə bilmir

 

Azərbaycan Premyer Liqasının ilk dövrəsinin sonuncu turu çərçivəsində "Qarabağ" öz meydanında "İnter"i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, inidyə kimi rəqiblər 30 dəfə üz-üzə gəliblər. Bunların 3-ü kubok oyununa təsadüf etdiyi halda, qalan 27 görüş Premyer Liqa çərçivəsində baş tutub. Bu qarşılaşmaların 11-də Ağdam təmsilçisi, 9-da "İnter", digər 10 qarşılaşma isə sülhlə başa çatıb. Topların fərqində də Ağdam təmsilçisi irəlidədi. 26-23.

 

Bu yaxınlarda "İnter"in çalışdırıcısı Sxadadze "növbəti tur "Qarabağ"la qarşılaşacaqsınız" sualına belə fikir bildirmişdi:

 

"Axırıncı dəfə "Qarabağ"ı məğlub etdiyim günü xatırlamıram". Biz isə Kaxaber Sxadadzenin yadına salmaq istəyirik:

 

"İnter" axırıncı dəfə "Qarabağ"ı 11 sentyrabr 2010-cu ildə "Şəfa"stadionunda Aleksandr Çertaqanovun yeganə qolu sayəsində məğlub edə bilib.  O gündən bu günə kimi 11 qarşılaşma baş tutmuş və "bankirlər" heç bir görüşdə "Qarabağ"ı məğlub edə bilməyib. 

Xəbər xətti