"Çelsi" "Qalatasaray"a ilk mesajı belə yolladı FOTO

17:40 - 16 Dekabr 2013

"Tezliklə görüşəcəyik, Didye"
 
Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"la üz-üzə gələcək "Çelsi" püşkatma mərasimindən sonra "aslanlar"ın formasını geyinən sabiq futbolçusu ilə bağlı tvit atıb.
 
Sportal.az "Çelsi"nin rəsmi Twitter səhifəsinə istinadən xəbər verir ki, klub Didye Droqbaya ismarıc göndərib: 
 
"Tezliklə görüşəcəyik, Didye".
 
Qeyd edək ki, Droqba 2004-2012-ci illərdə "Çelsi"nin şərəfini qoruyub.
 

Xəbər xətti