La Liqada növbəti baş məşqçi istefası

01:22 - 17 Dekabr 2013

"Valensiya" baş məşqçisiz qaldı
 
“Valensiya” baş məşqçisi Miroslav Cukiçlə yollarını ayırıb.
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi İspaniya La Liqasının son turundakı (3:0) “Atletiko” məğlubiyyətindən sonra bu addımı atıb. 
 
Məlumata görə, bu postda müvəqqəti olaraq komandanın aşağı yaş qrupları üzrə çalışdırıcısı Niko Esteves gətiriləcək. Serbiyalı mütəxəssis bu yay “Real Valyadolid”dən “Valensiya”ya keçib. 
 
Rəhbərliyin dekabrın 22-də "Real"la (Madrid) vacib oyunöncəsi belə bir qərar verməsi təəccüblə qarşılanıb.

Xəbər xətti