"Trabzonspor" - "Bursaspor" matçında 4 qol vuruldu VİDEO

02:01 - 17 Dekabr 2013

"Trabzonspor" çempionluq yarışında daha bir yara aldı
 
Türkiyə Superliqasında 15-ci tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, son oyun günündə daha bir qarşılaşma baş tutub.
 
Trabzonsporda yerli komanda "Bursaspor"la qarşılaşıb. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib.
 
Fasiləyə 1:1 hesabı ilə yollanan komandalar ikinci hissədə daha bir dəfə fərqləniblər. Bununla da, hər iki komanda meydanı 1 xalla tərk edib - 2:2.
 
16 dekabr
Türkiyə Superliqası, 15-ci tur
 
"Trabzonspor" - "Bursaspor"  2:2
Qollar: Adin, 45 , Henrike, 12 - Şestak, 62, Güral, 90

 


Trabzonspor 2-2 Bursaspor Geniş Maç Özeti 16/12... by FootballHighlightsHD

Xəbər xətti