Çempionlar Liqasında püşk fırıldağı? FOTO

02:42 - 17 Dekabr 2013

Püşkün nəticəsi əvvəldən məlum imiş
 
Çempionlar Liqasının 1/8 final matçlarının püşkatma mərasiminin sonucları ilə bağlı qalmaqal yaranıb.
 
Sportal.az milli.az-a istinadən xəbər verir  ki, Twitter-dəki "CL Draw Manipulation" (Çempionlar Liqasında püşkatma fırıldaqları) nikli şəxs bugünkü püşkatmanın sonuclarını 21 saat əvvəl, dünən öz mikrobloqunda yazıb.
Onun yazdığı variantlar bugünkü püşaktmanın nəticələri ilə bütünlüklə üst-üstə düşüb.Ekspertlərin qəti qənaətlərinə görə, 21 saat əvvəl yazılmış tvitlərdəki qarşılaşma variantlarının bugünkü sonuclarla üst-üstə düşməsinin təsadüf sayılması mümkünsüzdür.
UEFA yetkililəri olayla bağlı hələlik heç bir rəsmi açıqlama verməyiblər.
 
 

Xəbər xətti