PFL Qərb derbisinin yerini dəyişdi

18:56 - 17 Dekabr 2013

“Şəmkir” – “Turan-T” matçı Tovuzda
 
Azərbaycan 1-ci divizionunda 15-ci turun “Şəmkir” – “Turan-T” matçının keçirilmə yeri dəyişdirilib.
 
Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
 
Məlumatda bildirilir ki, buna səbəb Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdı.
 
Oyun Tovuz şəhər stadionunda keçiriləcək.
 
1-ci divizion
15-ci tur
20 dekabr (cümə)
 
“Şəmkir” – “Turan-T”
Tovuz şəhər stadionu, 14:00

Xəbər xətti