Kamran Ağayev:"Məni 6 ay futbolsuz qoydular" VİDEO

19:04 - 17 Dekabr 2013

Kamran Ağayev: "Sağ olsunlar ki, bizə qiymət verirlər"
 
AFFA milli komandaların 2013-cü il üçün ən yaxşılarını adlarını açıqlayıb.
 
Sportal.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə “Hilton” otelinin zalında keçirilən tədbirdə 6 nominasiya üzrə qaliblər muəyyən olunub. 
 
 Assosiasiya rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri, milli komandanın məşqçi və futbolçu heyəti və jurnalistlərin qatıldığı tədbir AFFA ilə “Bakcell” arasında əməkdaşlıq müqaviləsinin imzalanması ilə başlayıb. Ardınca ən yaxşılar mükafatlandırılmaq üçün səhnəyə dəvət olunub. 
 
Ən yaxşı qapıçı nominasiyasında Kamran Ağayev seçilib. O, isə artıq 4-cü dəfədir bu ada layiq görülür. “Bakı”nın üzvü 2009, 2011 və 2012-ci illərdə də hamıdan güclü olmuşdu. 2010-cu ildə isə bu nominasiya olmayıb.
 
Tədbirdən sonra Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb. Həmin video müsahibəni təqdim edirik:
 

Xəbər xətti