“Neftçi”, “Xəzər-Lənkəran” və digər komandalarla iki dəfə qarşılaşmalıyıq" MÜSAHİBƏ

Rüstəm Əliyev:"Komanda özünün potensialını göstərdi və böyükhesablı qələbə qazandı"
 
“İnter”in əvəzedici komandasının baş məşqçisi Rüstəm Əliyev klubun rəsmi saytına müsahibəsində “Sumqayıt”la keçirilən son oyun barədə danışdı, mövsümün birinci hissəsinin yekunlarını şərh etdi və mümkün çempionluq haqqında fikirlərini açıqladı.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Son tur komandamız “Sumqayıt”ı böyük hesabla məğlub etdi. Bəli, rəqib o qədər də güclü deyildi, lakin buna baxmayaraq  “İnter” oyuna diqqətlə yanaşdı.
- Tamamilə doğrudur. Matçdan öncə futbolçularla söhbətim oldu və həmin görüşdə qeyd etdim ki, rəqibi düzgün qiymətləndirmək lazımdır. Ola bilər ki, onlar turnir cədvəlinin sonunda qərarlaşsınlar, bununla belə, bu matça biz diqqətlə yanaşmalıyıq. Bu, belə də oldu. Komanda özünün potensialını göstərdi və böyükhesablı qələbə qazandı. Son matçlarda oynumuzu tam göstərmək bizə müyəssər olmurdu, ancaq “Sumqayıt”la matçda alındı. Komandaya öz gücünü göstərmək nəsib oldu, biz 90 dəqiqə ərzində meydanda vəziyyətə tam nəzarət etdik.
 
- Çempionatın birinci hissəsinin sonuna “İnter” aşkar lider rolunda yaxınlaşdı. Komanda yaxın rəqibini 11 xal qabaqlayır. Bu vəziyyət komandaya mənfi təsir göstərə, yəni onun vaxtından əvvəl rahatlaşmasına səbəb ola bilərmi?
- Biz bu barədə futbolçularla artıq danışmışıq. Onlar mövsümün ikinci hissəsinə, ilk növbədə psixoloji planda hazır olmalıdırlar. Bizə rahatlaşmaq olmaz. Yolun yarısı hələ qarşıdadır və biz mövsümün həmin hissəsini inamla keçməliyik. Mövsümün ikinci hissəsində bizi Zaqatalaya iki çətin səfər gözləyir, bundan başqa “Neftçi”, “Xəzər-Lənkəran”, “Qəbələ” və digər ambisiyalı komandalarla iki dəfə qarşılaşmalıyıq. Biz anlayırıq ki, yekun qələbə haqqında düşünmək hələ tezdir, indi bizə mövsümün final hissəsinə köklənmək lazımdır.
 
- Mövsümün əvvəlində çempionluq uğrunda mübarizəni gözləyirdiniz?
- Doğrusu, öncədən çempionluğa köklənmişdik. Mövsümün başlanmasına az qalmış oyunçularla söhbət etdim və onlara dedim ki, məqsədimiz yalnız birinci yerdir. Komandamızda bir çox istedadlı uşaqlar var. Onlar uzun müddətdir bir yerdə oynayırlar və oyun praktikası baxımdan problem yoxdur. Bundan başqa, bir necə futbolçu “İnter”in əsas heyətinə çağrılır və birlikdə məşq edirlər. Onların oyunlarında böyük irəliləyiş var və onlar ciddi tapşırıqları həll etməyə hazırdırlar. Komandamızın oyun tərzi “İnter”in əsas komandasının oyun tərzinə maksimal dərəcədə yaxındır. Biz onların oynadıqları kimi oynamağa çalışırıq.
 
- Mövsümün ikinci hissəsinə hazırlıq planında qış təlim-məşq toplanışı da böyük rol oynayır. Qış hazırlıq planı barədə bilmək maraqlı olardı.
- Çox güman qış toplanışı “Şəfa” stadionunda keçəcək. Yanvarın 5-də toplaşmağı və ayın 24-dək hazırlaşmağı planlaşdırırıq. Planlarımıza 5 yoldaşlıq matçının keçirilməsi daxildir. Yaxın vaxtlarda rəqiblərimiz məlum olacaq. Toplanışda “İnter”in U-17 komandasından 5 futbolçu da iştirak edəcək. 
Tarix: 18 Dekabr [13:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Mart 2019
24  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio