"Foqts söz verib ki, yığmanı 2016-cı il Avropa çempionatına aparacaq"

13:32 - 18 Dekabr 2013

Yunis Hüseynov: "Yerli mütəxəssislərin fikirləri Federasiya üçün maraqlı deyil"

 

"Təbrik edirəm, Azərbaycan xalqının gözü aydın olsun. 6 ildə nəsə verib ki, yenə saxladılar da onu. Əslində belə şeyləri bizdən yox, AFFA rəhbərliyindən soruşsanız yaxşı olar. Guya, Yunis Hüseynov və digər yerli mütəxəssislər münasibət bildirəndə nəsə dəyişir? Yerli mütəxəssislərin fikirləri Federasiya üçün maraqlı deyil. Ona görə də məsləhət verərdim ki, heç vaxt yerli mütəxəssislərin fikirlərini öyrənməyin. Mən Foqts haqqında danışsam nəsə dəyişəcək? Əksinə, fikirləşəcəklər ki, niyə Foqts haqqında belə dedin. Özləri bilər, xeyirli olsun. Foqts söz verib ki, 2016-cı il Avropa çempionatına aparacaq yığmamızı."

 

Bu sözləri Sportal.az-a açıqlamasında  veteran futbolçu və məşqçi Yunis Hüseynov deyib. Hüseynov AFFA-nın verdiyi qərara  belə münasibət bildirib:

 

"Yeni təyin olunmuş köməkçiləri səmimi qəlbdən təbrik edirəm. Onların hər ikisi də savadlı məşqçilərdi."

Xəbər xətti