Rauf Əliyev:"Qarabağ"a qol vuranda ..."

00:02 - 19 Dekabr 2013

"Bizim qalib gəlməyimiz tam yerinə düşdü"
 
"Bakı" və milli komandamızın futbolçusu Rauf Əliyevin Sportal.az-a müsahibəsi
 
- Lider "Qarabağ"ı məğlub etdiniz..
- Maraqlı oyun oldu. Hər iki komanda belə hava şəraitində gözəl oyun nümayiş etdirdi. Bizim qalib gəlməyimiz tam yerinə düşdü. Çünki bu qələbəyə bizim ehtiyacımız var idi.
 
- Sabiq komandana qarşı ilk qolunu vurdun. Həmin anda hansı hisslər keçirirdin?
- Sabiq komandamda olsa, qol vurmağım sevindircim haldır. Həmin anda keçirdiyim  hisslər sözlə başa salınası deyil. Sevinirəm ki, vurduğum qol komandanın qələbə qazanmasına kömək etdi.
 
- Ötən həftə komanda yoldaşın Mindauqas Kalonasla aranda dava baş vermişdi. Bu məsələyə aydınlıq gətirərdin..
- Bu hər oyunçu arasında ola bilər. Mətbuatda yazılmışdı kı, əlbəayaxa çıxmışıq. Bunların hamısı boş şeylərdir.
 
- Komandanın çempionluq şanslarını necə dəyərləndirirsən?
- Bu haqda danışmaq üçün hələ tezdir. İndi diqqətimizi "Qəbələ" ilə oyuna yönəltməliyik, bu oyunda qələbə qazanıb qış fasiləsinə yüksək əhval-ruhiyyə ilə yollanmalıyıq. Bu il ilk məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Çempionat uzun marafondır, hələ qarşıda çox oyun var.
 
- Bombardirlik yarışında lider ola biləcəksənmi?
- Bu barədə heç fikirləşmirəm. Əsas komandamın uğurudur.
 
- Bu mövsüm yaxşı forma yığmısan. Qış fasiləsində Avropdan təklif gəlsə, "Bakı"nı tərk edə bilərsən?
- Yox, inşallah ikinci dövrədə də "Bakı"dayam, harasa getmək barəsində düşünmürəm.
 
Yusif HÜSEYN

Xəbər xətti