Neymar "Barselona"dan ayrıldı

00:30 - 19 Dekabr 2013

Futbolçu Braziliyaya yollanıb
 
“Barselona”nın ulduz forvardı Neymar İspaniyadan ayrılıb. Buna səbəb onun ölkəsi Braziliyaya getməsidi.
 
Sportal.az xəbər verir ki, “sambaçı” sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşdüyünə görə, onsuz da La Liqanın növbəti turunda forma geyə bilməyəcəkdi. Odu ki, Kataloniya klubunun baş məşqçisi Xerardo Martino Neymara 10 günlük istirahət verib:
 
“Sabah Neymar Braziliyaya gedəcək. 10 gün orada qalacaq. Neçə aydı ki, fasiləsiz oynayır. Burada onu hamı sevir”.
 

Xəbər xətti