"Mütləq ayrılmalıyam və özümü göstərmək üçün daha yaxşı kluba keçməliyəm" MÜSAHİBƏ

16:04 - 19 Dekabr 2013

Əziz Hüseynov: ""Karvan"da sadəcə olaraq formadan düşməmək üçün oynadım"
 
"Karvan"ın futbolçusu Əziz Hüseynovun Sportal.az-a müsahibəsi
 
- Ötən mövsüm "Qəbələ"də çıxış edirdin.  Oradan niyə ayrıldın?
- Mən məşqlərimi əsas heyətdə keçirdirdim. Oyunları isə əvəzedicilərdə oynayırdım. Sonra mən orada olarkən legioner futbolçular gəldi komandaya. Baxdım ki, mənim üçün burada oynamaq çətin olacaq . Orada onlara üstünlük verilirdi və mənim üçün çətinləşirdi. Buna görə də klubu tərk etməli oldum. Fikirləşdim ki, özümü daha yaxşı göstərmək üçün oynamalıyam.
 
- Bu barədə Syominlə söhbətin oldu?
- O gəlməmişdən qabaq mən komandadan ayrılmışdım.
 
- "Qəbələ" ilə müqavilən var idi?
- Müqaviləm yox idi, amma gördüm ki, burada özümü göstərə bilməyəcəm.
 
- "Qəbələ"dən ayrıldıqdan sonra hansısa Premyer Liqa klublarından təklif var idi sənə?
- Var idi. Sadecə olaraq mənə klubdan kontraktı gec verdilər. Mən də başqa kluba keçə bilmədim. Hal-hazırda Türkiyədən, Prmyer Liqa və I Divizionun iddialı klublarından təklif var.
 
- Syomini niyə gözləmədin? Bəlkə, səni komandada saxlayacaqdı?
- Orada özümü pis hiss edirdim. "Qəbələ"də bəzi məşqçilər mənə yaxşı münasibət göstərmirdilər. Ona görə də oradan ayrılmalı oldum.
 
- Karyeravı Yunis Hüseynovun vaxtında "Karvan"da başlamısan. İndi də "Karvan"dasan. İndiki duruma baxanda klubun vəziyyəti necədi?
- İlk dəfə olaraq əsas heyətdə 17 yaşım olanda oynamışam.Yunis müəllim həmişə mənə deyirdi ki, sən yaxşı futbolçu olacaqsan. "Karvan" yenidən öz keçmiş qüdrətini qaytaracaq.  Komandada gənc futbolçulardan təşkil olunmuş komandadır. Get-gedə inkaşaf hiss olunur.
 
- Bu günki gündə "Karvan" Premyer Liqaya çıxacaq gücdədirmi?
- Komanda yaxşıdır. Qış fasiləsində komandaya yeni futbolçuları gətirmək planları var. İddiaları var.
 
- Səncə, Premyer Liqada Yevlaxı təmsil edən klub olmalıdır?
- Əlbəttə, burada futbol üçün hər şey var.
 
- Qış fasiləsində "Karvan"dan ayrılacaqsan?
- Bəli, mütləq ayrılmalıyam və özümü göstərmək üçün daha yaxşı kluba keçməliyəm. "Karvan"da sadecə olaraq formadan düşməmək üçün oynadım. Demək olar ki, bütün oyunları da oynamışam.
 
- Baş məşqçi Kənan Kərimova bu barədə demisən?
- Mən bura ilk dəfə gələndə onunla söhbətim olmuşdu. Demişdi ki, 3 ay burada oyna.
 
- Türkiyədən hansı klublardan təklif var?
- PTT birinci liqasından "Kahramanmaraşspor"dan təklif var. Premyer Liqa klublarında "Sumqayıt", "Rəvan" və I Diviziondan "Araz Naxçıvan", "Qaradağ Lökbatan" klublarından təkliflər var.
 
- Seçim olsa, Türkiyə, yoxsa Azərbaycan klublarını seçəcəksən?
- İlk istəyim Türkiyə klublarında oynamaqdır. Amma oturub dəyərləndirəcəm, hansı münasib olsa, orada da oynayacam. 
 
Şahin OĞUZ

Xəbər xətti