"Barselona" İniyesta məsələsində sona yaxınlaşdı

17:01 - 19 Dekabr 2013

Futbolçu 4 il müqavilə uzadacaq
 
"Barselona" uzun müddətdi ki, danışıqlar apardığı futbolçusu Andres İnyesta ilə müqaviləni yeniləmək barədə razılığa gəlib.
 
Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2018-ci ilə qədər uzadılacaq.
 
Rəsmi imzalanma mərasiminin Yeni il qabağı keçirilməsi planlaşdırılır.
 
Bu mövsüm sadəcə bir dəfə fərqlənib, 3 qol ötürməsi verən İnyesta Kataloniya klubunda ən çox oyun keçirən 5-ci futbolçudu.

Xəbər xətti