"Qalatasaray" ilk transferini reallaşdırdı

00:34 - 20 Dekabr 2013

"Qalatasaray"da oynamağı çox istəyirəm"
 
Braziliyanın "Qremio" klubunun futbolçusu Aleks Telles "Qalatasaray"ın təklifini qəbul edib.
 
Sportal.az xəbər verir ki, gənc oyunçu ilə yanvar ayında 4 illik müqavilə imzalanacaq. 
 
Anlaşmaya əsasən Telles illik 1.5 milyon avro və hər oyuna 10 min avro qazanacaq. "Cim-Bom" transfer üçün Braziliya təmsilçisinə 7 milyon avro ödəyəcək.
 
Bu arada Aleks yerli mətbuata açıqlamasında bunları dilə gətirib: "Qalatasaray"da oynamağı çox istəyirəm. Hazırda menecerimlə hazırki klubum arasında danışıqlar bitmək üzrədi. 
 
Mən də gözləməyə davam edirəm. "Qalatasaray"ın Çempionlar Liqasınmda oynaması mənim üçün böyük şansdı".

Xəbər xətti