Milliyə dəvət alan futbolçu: "Azərbaycan yığmasında çıxış etməyəcəm" ÖZƏL

15:45 - 20 Dekabr 2013

Sinan Özkara: "AFFA-dan kimlərsə klubumla danışıqlar aparır"

 

Əsas millimizin və “Sivasspor”un hücumçusu Cihan Özkaranın kiçik qardaşı olan Sinan U-19-un dekabrın 23-dən Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməli idi.

 

17 yaşlı dayaq yarımmüdafiəçisi hazırda Almaniyanın Essen şəhərini təmsil edən “Rot-Vayss” klubunda çıxış edir.

 

Lakin futbolçunun Bakıda təlim-məşq toplanışında işitirakı üçün problem yaranıb. Belə ki, Sinan Özkaranın çıxış etdiyi "Rot-Vays" klubu futbolçunu Azərbaycana gəlməyə qoymur. Bu barədə Sportal.az-a açıqlamasında futbolçunun özü məlumat verib:

 

"Hazırda klubum mənə Bakıya gəlmək üçün icazə vermir. Azərbayca futbol federasiyasında heç kimi tanımıram,amma Bakıdan kimlərsə klubumla bu barədə danışıqlar aparır. Böyük ehtimalla, Bakıya gəlməyəcəm."

Xəbər xətti