"Əsas olan komandamın ürəkdən oynaması idi"

16:13 - 20 Dekabr 2013

Yuri Syomin: "Oyunu iki fərqli hissəyə bölmək olar"

 

“Öz oyunçularımı və klubun rəhbərliyini təbrik edirəm. Bəzi hallarda oyunumuz yaxşı alınmırdı. Əsas olan komandamın ürəkdən oynaması idi. Bu gün biz güclü komandaya qalib gəldik. “Bakı” ötən tur “Qarabağ”ı məğlub etmişdi."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib. Syomin qələbəyə belə şərh verdi:

 

"Son turdakı məğlubiyyətdən sonra qələbə qazandıq. Oyunu iki fərqli hissəyə bölmək olar. Birinci hissədə qol vurana qədər üstünlük bizdə idi. Qol vurduqdan sonra isə əks-hücum taktikası ilə oynadıq”. 

Xəbər xətti