Qurban Qurbanov: "İstərdim ki, hər mövqeyə futbolçu alınsın"

19:12 - 20 Dekabr 2013

"Azarkeşlərimizə təşəkkür edirəm"

 

"Maraqlı oyun oldu. 90 dəqiqə oyunun tempi aşağı düşmədi. Həmişə dəyişkən taktika ilə oynayan komandaya qarşı oynayırdıq. Oyuna yaxşı hazırlaşmıdıq. "İnter" də həqiqətən yaxşı oyun göstərdi. Düşünürəm ki, hər birimizin razı qalası oyun oldu. Azarkeşlərimizə də təşəkkür edirəm ki, gəldilər bizi dəstəklədilər."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov qələbəni belə şərh edib:

 

"Ümumiyyətlə öz komandamı Kaxanın komandasından güclü saymamışam. Həmişə onun komandasına hörmətlə yanaşmışam. İstərdim ki, hər mövqeyə bir oyunçu alınsın. Çempionatın gedişində bunun yoxluğunu hiss elədim. Əgər yuxarı yerlər uğrunda mübarizə aparmaq istəyirksə, bu transferlər vacibdir."

Xəbər xətti