Şahin Diniyev:"Acınacaqlı haldayıq"

21:34 - 20 Dekabr 2013

"Bu heyətlə ciddi uğura nail olmaq olmaz"
 
"Komandamın oyunu haqqında nəsə demək çətindir. Futbol adına heç nə olmadı, “Simurq” layiqli qələbə qazandı. Komanda verilən tapşırıqları yerinə yetirmədi. Acınacaqlı haldayıq. Qış fasiləsində mütləq güclənməlyik. Hər bir mövqedə oyunçuya ehtiyac var. Bu heyətlə ciddi uğura nail olmaq olmaz. Komanda uğur qazanmaq istəyirsə irəli baxmalıdır".
 
Sportal.az  PFL-in saytına istinadən xəbər verir ki, "Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 18-ci turunda "Simurq"la oyundan (0:3) sonra deyib.
 
 
O bildirib ki, rəqib hər bir cəhətdən onlardan üstün oyun nümayiş etdirib: "Uduzmağı bacarmaq lazımdır. Hakimlərin qərarını müzakirə etmək istəmirəm. Bəla bizim komandanın oyunundadır. Komandam sanki donmuş futbolçulardan ibarətdir. Oyunumuzda nə fikir, nə də hərəkət var idi”.
 
Təcrübəli mütəxəssis komandasının qış planı haqda da danışıb: "Artıq qış planımız hazırdır. Yanvarın 5-də Bakıda toplaşıb, 8 günlük hazırlıqdan sonra Antalyaya yollanacağıq. Türkiyədə 4 yoxlama oyunu keçirəcəyik. Bugünkü oyun zəif nöqtələrimizi tam göstərdi. 6-7 mövqeyə yeni oyunçular transfer olunmalıdır. Komandanın heyətində dəyişikliklər qaçılmazdır".

Xəbər xətti