"Neftçi"nin kapitanı: "Belə hakimlik olan yerdə belə qalmaqal olmalı idi"

00:10 - 21 Dekabr 2013

"Onu deyənlər yəqin ki, Stamenkoviçin qohumları olub"

 

"Belə hakimlik olan yerdə belə qalmaqal olmalı idi. Rəqibin qapıçısı cərimə meydançasında əli ilə oynayır, bu epizod bütün dünyada qırmızı vərəqədir, yalnız Azərbaycanda sarı vərəqə. Bu epizoddan sonra başladı, bizə vərəqə verməyə. Ümumiyyətlə götürəndə bu iki dövrə bizim üçün pis alınmadı, komanda ilk üçlükdə yer aldı".

 

Bu sözləri AZAL-la matçdan sonra Sportal.az-a açıqlamasında "Neftçi"nin kapitanı Rəşad Sadiqov bildirib. O, həmçinin azarkeşlərin "Rəşad, kapitan sarğısını Saşa Stamenkoviçə ver" şüarına belə münasibət bildirib.

 

"Onu deyənlər, yəqin ki, Stamenkoviçin qohumları olublar. Kim istəyirsə gəlsin, kapitanlğı ona verim"

Xəbər xətti