Suarez yeni müqavilə imzaladı: "Real"la, yoxsa "Liverpul"la

00:36 - 21 Dekabr 2013

"Mən bu klubda hədəflərimi reallaşdırmaq istəyirəm"
 
Bir çox klubun hədəfində olan Luis Suares "Liverpul"la anlaşma müddətini uzadıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı forvard uzunmüddətli müqaviləyə imza atıb.
 
Suares fikirlərini bölüşüb: "Mən "Liverpul"da kubok qazanmaq və hədəflərimi reallaşdırmaq istəyirəm. Həmişə əlimdən gələni edəcəm. "Liverpul" azarkeşlərinin dəstəyi qərar verməyimdə böyük rol oynadı".
 
2011-12 mövsümündə 27 milyon avro qarşılığında "Ayaks"dan "Liverpul"a keçən Suares meydana çıxdığı 108 matçda 68 qol vurub.

Xəbər xətti