Vaqif Cavadov: "İnter"in "Qarabağ"dan daha çox şansları oldu"

12:44 - 21 Dekabr 2013

"İnter" harada olmalıdırsa, indi də oradadır"
 
"Maraqlı oyun alındı. əlbəttə ki, biz öz şanslarımızdan istifadə edə bilmədik, "Qarabağ" bizim səhvimizdən qol vurub hesabı açdı. Sadəcə bu gün bizim günümüz deyildi. "İnter"in "Qarabağ"dan daha çox şansları oldu. Rəqibi təbrik edirəm, amma hələ heç nə bitməyib. "İnter" indi  hansı möveqdə olmalıdırsa, indi də ordadır."
 
Bu sözləri "İnter"in futbolçusu Vaqif Cavadov "Qarabağ"la matçdan sonra Sportal.az-a açıqlamasında bildirib.
 
Millimizin üzvü Berti Foqtsla müqavilə uzadılmasına da münasibət bildirib:
 
"Biz əvvəldən də demişdik ki, Foqts qalsın. Yekun qərarı rəhbərlik verdi. İnanıram, növbəti illərdə milli ilə daha yaxşı işlər görəcəyik".

Xəbər xətti