"Qəbələ" ailəsi bir arada FOTO

18:06 - 22 Dekabr 2013

Klub prezidentindən komandaya təbrik
 
2013-cü ilin son matçının - "Qəbələ" - "Bakı" (2:0) oyununun ardından "qırmızı-qaralar"ın futbolçu və məşqçi heyəti klub rəhbərliyi ilə biraraya gəlib.
 
Sportal.az klub saytına istinadən xəbər verir ki, gərgin matçın ardından yemək süfrəsində toplaşan  "Qəbələ" ailəsi birlikdə nahar edib.
 
Nahar zamanı mövsümün ilk yarısının yekunlarından bəhs edən "Qəbələ" İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov komandanı ilk iki dövrənin nəticələrinə və "Bakı" üzərində qazanılan qələbəyə görə öz adından və klub prezidenti Tale Heydərovun adından təbrik edib. Komandanı qarşıdakı aylarda daha məsuliyyətli və həlledici periodun gözlədiyini bildirən Nəcəfov Yuri Syomin başda olmaqla kollektivə uğurlar arzulayıb. Vitse-przident komandanı qarşıdan gələn Yeni İl Bayramı münasibətilə təbrik etməyi də unutmayıb.
 
Nahar yeməyinin ardından komanda istirahətə yollanıb. "Qırmızı-qaralar" yanvarın 5-də bir araya gələcək.
 

Xəbər xətti