"Neftçi" və "Xəzər Lənkəran"ın futbolçuları komandadan ayrıla bilərlər

00:31 - 24 Dekabr 2013

Mitreski və Qliqorov Azərbaycanı tərk edə bilərlər
 
"Neftçi"nin müdafiəçisi İqor Mitreski paytaxt klubundan ayrılacaq.
 
Sportal.az xəbər verir ki, bu barədə Makedoniya mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, o, yanvarda "ağ-qaralar"ın düşərgəsinə qayıtmayacaq.
 
"Macedonian Football" nəşrinin iddiasına görə, "Xəzər Lənkəran"da çıxış edən digər makedoniyalı futbolçu - Nikola Qliqorov da yanvarda vətəninə qayıtmalı olacaq.
 
Hər iki futbolçunun komandalarından ayrılmasına səbəb kimi, onların meydana nadir hallarda çıxması səbəb göstərilir.

Xəbər xətti