"Qarabağ"ın 7 futbolçusu 18-ci turun rəmzi komandasında

14:51 - 24 Dekabr 2013

İbrahim Sehiç turun ən yaxşısı seçildi

 

Azərbaycan Premyer Liqasında 18-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu məlumdur. 

Sportal.az xəbər verir ki, İnStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən son turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

 

Qapıçı: İbrahim Sehiç (Qarabağ)

 

Müdafiəçilər: Ansi Aqolli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Brüs Abdulaye (İnter), Maksim Medvedev (Qarabağ)

 

Yarımmüdafiəçilər: Arif Daşdəmirov (İnter), Riçard Almeyda (Qarabağ), Vüqar Nadirov (Qarabağ), Marinaldo Silva (Qarabağ)

 

Hücumçular: Etame Mbilla (Xəzər Lənkəran), Vaqif Cavadov (İnter)

 

Ağdamın “Qarabağ” klubu ötən tur topa ən çox sahib olan komandadır – 36 dəqiqə. Hücum sayında (114) “Bakı”, qapıya zərbələrdə (23) isə “Xəzər Lənkəran” üstün olub. “Simurq” ötürmələrin sayına (670) və dəqiqliyinə (594) görə digərlərindən fərqlənib. Zaqatala təmsilçisinin futbolçuları ötən tur 12 dəfə oyundankənar vəziyyətə düşüb. Künc zərbələrinin sayına görə isə “Bakı” öndədir – 11 dəfə. Təkbətək mübarizələrdə “Neftçi” digər komandalardan uğurlu olub. AZAL futbolçuları isə ötən tur ərzində hamıdan çox qayda pozuntusuna yol veriblər – 33 dəfə.

 

Rəqib qapısına zərbələrdə (4) Vaqif Cavadov (İnter), komanda yoldaşlarına ötürmələrdə (96%) isə Patrik Osiako (Simurq) fərqləniblər. “Sumqayıt”lı Pərdis Fərcad-Azad hava mübarizələrində hamıdan uğurlu olub. Araz Abdullayev (Neftçi) rəqibini aldadıb keçməkdə, Arif Daşdəmirov (İnter) isə rəqibdən top almaqda üstün olub.

Azərabaycan Premyer Liqasında 18-ci turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın qapıçısı İbrahim Sehiçdir.

Xəbər xətti