"Qəbələ"nin yeni transferi:"Ümid edirəm, yeni komandama kömək edə biləcəyəm"

23:12 - 24 Dekabr 2013

"Qəbələ"nin hədəflərindən xəbərdaram"
 
"Qəbələ"nin hədəflərindən xəbərdaram. Qarşısına böyük məqsədlər qoymuş komandanın heyətində çıxış etmək hər bir gənc futbolçunun arzusudur”.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Ruslan Tağızadə deyib.
 
Bu gün “Qəbələ" heyətini rəsmən yeni futbolçu ilə gücləndirib. Belə ki, öncədən məlum olduğu kimi, Ruslan Tağızadə ilə 2 illik müqavilə imzalanıb.
 
20 yaşlı yarımmüdafiəçi yeni klubu haqda ilkin təəsüratlarını “Qəbələ”nin rəsmi saytına bölüşüb: "Qəbələ"yə keçidimə görə çox sevincliyəm. İnanıram ki, yeni komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm".
 
Qeyd edək ki, U-21-in üzvü olan Ruslan Tağızadə daha öncə "Neftçi", "Abşeron", "Sumqayıt" və AZAL kimi klublarda top qovub. 

Xəbər xətti