"Çempionatın səviyyəsi necədirsə, milli komanda da odur" VİDEO

14:06 - 25 Dekabr 2013

"Hakimlər haqda danışsam, sonra özlərini yaxşı idarə etməyəcəklər"

 

Azərbaycan teleməkanında qısa müddətdə populyarlıq qazanan futbol proqramı "TOP TOP" növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.

 

Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan və dünya futbolunda baş verən ən maraqlı futbol hadisələrinə həsr olunub. Proqramın bu dəfəki qonaqları Azərbaycan futbolunun canlı əfsanəsi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov, Milli komandanın və "Bakı" klubunun qolkiperi Kamran Ağayev, "Çempion" qəzetinin baş redaktoru Urfan Məmmədli və daimi ekspert Elnur Əşrəfoğlu olub.

 

"TOP TOP"da  Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqanın oyunları barədə söhbət açılıb. İlin futbol yekunlarına da geniş yer ayrılıb.  Verilişin aparıcısı İsgəndər İbrahimov olub.  "Top-top"un bu buraxılışı da  "CHATBOX" kanalında canlı yayımda efirə gedib. "CHATBOX" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır. Verilişin videoyazısını sizə təqdim edirik:

Xəbər xətti