"Yayda "Xəzər Lənkəran"dan təklif gəlmişdi, amma Pantiç icazə vermədi" MÜSAHİBƏ

15:00 - 25 Dekabr 2013

Pena:"Pantiç dedi ki, sənin burada oynamağın çətindir"
 
"Bakı"nın hücumçusu Marius Penanın Sportal.az-a müsahibəsi:
 
- Bu mövsüm azarkeşlər, demək olar ki, səni meydanda görmürlər. Bunun səbəbi nədir?
- Bunun səbəbini mən də bilmirəm. Yəqin ki, bu baş məşqçinin qərarıdır, mən onun taktiki sxeminə uyğun gəlmirəm. Zədəm də yoxdur ki, deyim ona görə oynamıram. Mən həmişə meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam.
 
- Bu haqda baş məşqçi ilə söhbətin olub ?
- Bəli, axırıncı dəfə iki həftə öncə mən söhbət eləmişəm , deyib ki, sən mənim qurduğum sistemə uyğun futbolçu deyilsən.
 
- Keçən mövsümdə öz qollarınla sözünü demişdin..
-  Bu, keçən mövsüm idi, yeni sezonda yeni məşqçi və mentalitetlə başladıq. Mən heç nə edə bilmirəm.
 
- İndi nə fikirləşirsən? Komandadan getmək barəsində düşünmüsən?
- Yayda müqaviləm başa çatır, mən də bilmirəm nə edim? Mən meydandan kənarda qalmaq istəmirəm. 
 
- Pantiç sənə söhbətdə özünə yeni komanda tap deyib?
- Yox, amma deyib ki, sənin burada oynamağın çətindir. Mən də komanda tapmaq istəyirəm, mən göstərdim ki, Azərbaycana qısa zamanda uyğunlaşdım və qollar vurdum. Başqa azərbaycanlı məşqçilər mənim oyunumu görüb. Məndən olsa, burada qalaram. Mən Azərbaycana oynamaq üçün gəlmişəm, pul qazanmaq üçün yox.
 
- Digər Azərbaycan klublarından təklif almısan ?
- Yanvarda, transfer pəncərəsində bu barədə danışacam. Hələlik mövsüm tam qurtarmayıb.
 
- Klub rəsmiləri ilə söhbətin olub?
- Yox. bu barədə klub rəsmiləri ilə görüşməmişəm. Əgər hansı təklif gəlsə, o zaman danışacam.
 
- Bəlkə də Pantiç öz gətirdiyi futbolçulara üstünlük verir?
- Bilmirəm, amma onların gətirdiyi futbolçular çox yaxşı formadadırlar. O, peşəkar baş məşqçidir, inanmıram belə iş görsün.
 
- Mövsümün ilk həftələrində, son 15-20 dəqiqə meydanda olurdun, amma son həftələr bunu da görmürük.
- Təkrar edirəm, bu məndən asılı deyil. Baş məşqçinin qərarıdır, mən bütün məşqlərdə iştirak edirəm və özümü yaxşı tərəfdən göstərmək istəyirəm.
 
- Mətbuatda yazılan xəbərlərə görə, “Bakı” futbolçular arasında qruplaşma var: yerli futbolçularla xaricilər arasında. Bu haqda nə deyə bilərsən?
- Yox, belə bir şeydən söhbət gedə bilməz, biz birlikdə bir ailəyik, mənim də bir neçə azərbaycanlı futbolçu dostum da var. Məsələn: Əfran , həm də qonşuyuq (gülür) . Mən yaşadığım ölkələrdə əhalinin mədəniyyətinə hörmət edirəm.
 
- Keçən mövsüm bitdikdən sonra hansısa təkliflər almışdın?
- Bəli, “Xəzər  Lənkəran” mənə təklif göndərmişdi, Toşak məni istəyirdi, ancaq klubun baş məşqçisi Pantiç mənə icazə vermədi, dedi ki, sən mənə lazım olacaqsan. Ola bilsin ki, onda baş məşqçi yeni gəlmişdi, ona görə hələ tam qərarını verməmişdi.
 
-  Bir az da komanda haqqında,  komandan bu mövsüm stabil oyun göstərə bilmir. Bunun səbəbi nədir?
- Ola bilsin ki, biz bütün qarşılaşmalara yaxşı konsantrasiya ola bilmirik.  Bəzən şanssız qollar buraxırıq. Komandamızın yaxşı futbolçuları var, epizodalar da yaradırıq amma əlimizə düşən fürsətlərdən istifadə edə bilmirik.
 
- "Bakı"nın çempionluq şanslarını necə dəyərləndirirsən?
- Liderlə xal fərqi çox olsa da. hələ heç nə itirilməyib. İlk olaraq istəyirik ki, avrokubok üçün vəsiqəni təmin edək. İnnaıram, təlim-məşq toplanışından sonra "Bakı" əsl oyununu göstərə biləcək.
 
- Bir az da Azərbaycan haqqında. Buradakı həyatın necədir?
- Mən burada insanlara hörmətə edirəm. Mən burada çox qalmaq istəyirəm, bakıda xoşbəxtəm. Şəhərdə nə istəsən, taparsan.
 
-  Azərbaycanda ən tez hansı problemlə qarşılaşırsan?
- Elə də problem yoxdur. Çünki yerli camaat məni azərbaycanlıya oxşadır, ona görə də mənə rahatdır. Yeganə problem, nəqliyyatdır. Hər gün maşınla yeni yollar kəşf edirəm.
 
- Benzinin qiyməti qalxdı. Buna münasibətin necədir?
- Səhv xatırlamıramsa, mən bura gələndən ikinci dəfə də qalxır, öz də 30 faiz . Məncə, benzinin qiymətini qalxanda gərək əhalinin dolanışıq tərzi də nəzərə alınsın.
 
- Bakıda boş vaxtlarını necə keçirirsən?
- Vaxtımın çoxunu ailəmlə birlikdə keçirməyi xoşlayıram, ya evdə oluruq, ya da birlikdə şəhər gəzintisinə çıxırıq.
 
Söhbətləşdi: Yusif HÜSEYN

Xəbər xətti