"Xəzər Lənkəran"a bəd xəbər:"Bu futbolçu heç bir kluba getməyəcək"

12:18 - 26 Dekabr 2013

Gündüz Abbaszadə:"Elşən Abdullayevlə bağlı "Neftçi"nin planları böyükdür"
 
Son günlərdə mətbuatda ən çox yayılan xəbərlərdən biri də "Neftçi"nin gənc futbolçusu Elşən Abdullayevin "Xəzər Lənkəran"a keçməsi ilə bağlı idi. 
 
Bu məsələni aydınlaşdırmaq üçün "ağ-qara"ların mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. O, Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
 
"Elşən Abdullayev ilə bağlı "Neftçi"nin planları böyükdür. "Neftçi" gənc futbolçusunu heç bir kluba vermək niyyətində deyil, ən azından Azərbaycan klublarına. Yalnız xarici ölkələrdən təklif gələrsə, futbolçunun perspektivi daha da artırmaq məqsədi ilə təklifi dəyərləndirərik. Ancaq bu futbolçu Azərbaycan klublarından heç birinə verilməyəcək".

Xəbər xətti