Bertuççi:"Neftçi"dən ayrılıram..."

15:47 - 26 Dekabr 2013

"Azərbaycanda futbol sürətlə inkişaf edir"
 
“Neftçi”nin müdafiəçisi Bruno Bertuççi axır ki, aşkara çıxıb mətbuata açıqlama verdi. 
 
Sportal.az xəbər verir ki, futbolçu jurnaistlərə açıqlamasında "Neftçi"dən getdiyini söyləyib:  “Neftçi”dən ayrılıram və Braziliyaya qayıdıram.Karyeramı vətəndə davam etdirəcəm çünki bu istəyim böyükdür”.
 
Bertuççu Azərbaycandak ışəraitdən də danışıb: “Azərbaycan müsəlman ölkəsidir. Braziliya ilə fərq dini baxışlardadır. Bununla belə bu ölkəyə uyğunlaşmaq asandır. Bakı gözəl şəhərdi və sürətlə inkişaf edir. Ümumiyyətlə ölkədə sürətli inkişaf gedir. O cümlədən də futbolda. Bu cür investisiya qarşılığında Azərbaycan çempionatı 10 ilə Şərqi Avropada böyük bazara çeviriləcək”.

Xəbər xətti