"İnter" hamıdan çox transfer etdi, amma gözə çarpan heç nə olmadı"

17:31 - 26 Dekabr 2013

Fəraiz Əliyev: "Xəzər Lənkəran"ın bütün mövqelərinə futbolçu lazımdır"

 

Premyer Liqanın ilk dövrasi artıq başa çatıb, komandalar da istirahətə yollanıblar. Qarşıdakı bir ay ərzində elita təmsilçilərinin məqsədi yaranmış boşluqları doldurmaq və heyəti gücləndirmək yönündə olacaq. Bir sözlə qarşıya qoyulan məqsədə çatmaq üçün komandalar qış transfer pəncərəsindən maksimum yararlanmağa çalışacaqlar. Sözsüz ki, geridə qalan 18 turda legioner futbolçulardan hansılar özünü doğrulda bildi və qarşıdakı qış fasiləsində hansı komandanın daha çox güclənməsinə ehtiyacı var? Bununla bağlı Sportal.az futbol menecerlərinin fikirlərini öyrənib. Fəraiz Əliyev seleksiya işlərini belə qiymətləndirib:

 

"Düşünürəm ki, "Qarabağ" və "Qəbələ" transfer siyasəti daha uğurlu alındı. Hər iki komandanın transferləri özünü doğrultdu. "İnter" hamıdan çox transfer etdi, amma gözə çarpan olmadı. "İnter"dən ayrılan futbolçularla gələn futbolçular arasında yerlə göy qədər fərq var.

 

"Rəvan" qış transfer pəncərəsində başdan-ayağa dəyişməlidir, yaxşı baş məşqçisi var amma əllərində material yoxdur. "Xəzər Lənkəran"ın bütün mövqelərinə futbolçu lazımdır. Bütün komandalara transfer lazımdır. Elə komandalar var ki, transfer siyasəti ilə bazadakı "oxranlar" məşğul olur. Bir dənə "Qəbələ"də gördüm ki, yalnız Syomin məşğul olur. Bizdə komandalar 4-5 gün qabaq transferlrlə maraqlanırlar, əslində bu 4-5 ay öncədən olmalıdır. Elə klublar var ki, transfer pəncərəsinin bitməsinə 2-3 gün qalmış deyirlər ki, mənə tez hücumçu lazımdır."

Xəbər xətti