"Qarabağ" ilin ən yaxşısını seçdi

00:38 - 27 Dekabr 2013

Reynaldo rəqiblərini qabaqladı
 
Artıq 2013-cü il geridə qalmaq üzrədi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər olduğu kimi "Qarabağ" Futbol Klubu ilin ən yaxşılarını seçdi. Ənənəvi olaraq sorğuya klubun idari, texniki və inzibati heyəti qatıldı. Bizim səsverməmiz bir qədər standardlardan fərqlənir. 2013-də meydana çıxan 20 futbolçunun seçilmə imkanı vardı (2013-ün ilk yarısında "Qarabağ"da çıxış edənlər səsverməyə daxil edilməyib). Öncədən müəyyənləşmiş 20 futbolçu 20 ballıq şkalayla qiymətləndirilirdi. Yəni, 20-ə qədər xal 20 futbolçu arasında paylaşdırılmalıydı. Klubumuzun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğu olduqca maraqlı alındı. Maraqlıdı ki, ötən illərə müqayisədə bu dəfə qalib böyük fərqlə qələbə qazandı. Bəli, gözlənildiyi kimi "Qarabağ"ın braziliyalı forvardı Reynaldo klub çalışanlarının rəğbətini qazanaraq ilin ən yaxşısı seçildi. Rekord səslə birinci olan 24 yaşlı hücumçu 1 isitisnayla hərkəsdən maksimum xal alıb. Reynaldo elə ilin əvvəlində komandamıza qoşulub. "Anderlext"dən transfer etdiyimiz ön xətt oyunçusu ilin ilk yarısında cəmi 2 qol vursa da, həm kubok, həm də çempionatda hücum xəttində effektliliyi ilə komandamıza böyük fayda gətirmişdi. Bu mövsüm isə fırtına kimi başlayan Reynaldo avrokuboklarda 5, premyerliqada 7, kubokda isə ¼ finala yüksəlməyimizə səbəb olan yeganə qola imza atıb. 2008-ci ildən keçirməyə başladığımız sorğuda Admir Teliden sonra il sonunda klub çalışanlarının rəğbətini qazanan 2-ci əcnəbi oldu.
 
2-ci və 3-cü yerlər arasında isə ciddi mübarizə qeydə alınıb. Ötən 3-cü olan Riçard Almeyda 2-ciliyi sadəcə 2 xalla Rəşad Sadıqovu qabaqlamaqla əldə edib. İlk 5-liyi isə ötən ilin qalibi Vüqar Nadirovla Qara Qarayev tamamlayıb.
 
 Bütün qaliblər
 
2008 - Maksim Medvedev
 
2009 - Vaqif Cavadov
 
2010 – Rauf Əliyev
 
2011 – Admir Teli
 
2012 – Vüqar Nadirov

Xəbər xətti