"Xəzər Lənkəran"sız Azərbaycan çempionatını təsəvvür etmək olmur" VİDEO

01:10 - 27 Dekabr 2013

Ramin Musayev:"Bu bizim üçün derbi oyunudur"
 
"Son vaxtlar "Xəzər-Lənkəran"ın azarkeşlərin stadionlarda az olması hiss olunur, bu da yaxşı hal deyil".
 
Sportal.az xəbər verir ki, bu sözləri İnterAz televiziyasında müsahibəsində PFL prezidenti Ramin Musayev bildirib. O bildirib ki, "Xəzər-Lənkəran" istər ölkə daxilində, istərsə də ölkə xaricində öz azarkeşlərini qazanmış klubdur. Digər klublar inciməsinlər, "Xəzər-Lənkəran"sız Azərbaycan çempionatını təsəvvür etmək olmur. "Xəzər-Lənkəran" və "Neftçi" klublarının oyunu böyük maraq doğurur, bu bizim üçün derbi oyunudur".

Xəbər xətti