"Qəbələ"nin "Sumqayıt"da ikinci futbolçusu

00:20 - 28 Dekabr 2013

Xəlilov komandanı tərk edir
 
"Sumqayıt" bir futbolçunu baxışa çağırıb.
 
Sportal.az xəbər verir ki, "Qəbələ"nin sabiq üzvü Şəhriyar Xəlilov gənclik şəhəri təmsilçisində baxışdan keçəcək. O, komanda hazırlığa başlayandan sonra məşqlərdə iştirak edəcək. Şəhriyarla bağlı son qərar ən qısa zamanda veriləcək.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi "Qəbələ"nin əsas heyətində meydana çıxmayıb. Əvvəllər "Xəzər Lənkəran" və "Turan"da forma geyinmiş Xəlilov ötən mövsüm "Qəbələ"nin əsas komandasında 18 oyun keçirmişdi.

Xəbər xətti