"Qalatasaray"dan transfer bombası

01:50 - 28 Dekabr 2013

"Şeytan" "sarı-qırmızı"lı ola bilər
 
"Qalatasaray" qış transfer dönəmində heyətini ulduz futbolçu ilə gücləndirə bilər.
 
Sportal.az xəbər verir ki, hədəfdə olan oyunçu "Mançester Yunayted"in üzvü Rio Ferdinanddı. Bir neçə gün öncə İngiltərə mətbuatı təcrübəli müdafiəçinin "qırmızı şeytanlar"dan ayrılacağını yazmışdı.
 
ABŞ, Qətər və Türkiyədən təkliflər gəldiyini təsdiqləyən Ferdinandla yaxından maraqlanan türk klubunun "Qalatasaray" olduğu ortaya çıxıb. 
 
Qonşu ölkə mətbuatının verdiyi xəbərə görə, Superliqa nəhəngi futbolçunu İstanbula gətirmək üçün Didye Droqbadan istifadə edəcək. Bu iki futbolçunun yaxınlığı transferin reallaşmasına kömək ola bilər.

Xəbər xətti