"Araz Naxçıvan" 5 futbolçu ilə yollarını rəsmən ayırdı

12:06 - 28 Dekabr 2013

Komandada təmizlik islahatları başlayıb
 
Qış fasiləsinə Azərbaycan birinci divizionunun lideri kimi gedən “Araz Naxçıvan” heyətlə bağlı islahatlara başlayıb.
 
Sportal.az xəbər verir ki, Naxçıvan klubunun baş məşqçisi Əsgər Abdullayev Yeni il ərəfəsində 5 oyunçu ilə yolların ayrılmasına qərar verib. 
 
Belə ki, Rəşad Hacızadə, Elnur Soltanlı, Ozal Əbiyev, Nicat Əliyev və Elvin Cəbrayıllı ilə əməkdaşlığa son qoyulub. Bu barədə  klubun mətbuat xidmətindən məlumat verilib. 
Qeyd edək ki, “Araz Naxçıvan”ın əsas məqsədi elitaya vəsiqə qazanmaqdır.
 
futbol11.az

Xəbər xətti