Mourinyo: "Suaresə kiçik zədə arzulayıram"

15:21 - 28 Dekabr 2013

"Bizə qarşı oynamasın yetər"
 
İngiltərə çempionatının 19-cu turunda "Çelsi" "Liverpul"u qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, qarşılaşmadan əvvəl Joze Mourinyo zarafatyana tərzdə Luis Suaresin onlara qarşı oynamayacağına ümid etdiyini dilə gətirib: 
 
"Bəlkə Suares "Mançester Siti" ilə oyunda zədə alıb? Mən çox böyük zədə istəmirəm. Ancaq kiçik bir zədə. Bizə qarşı oynamasın yetər".
 
Qeyd edək ki, "Çelsi"-"Liverpul" oyunu bazar günü saat 20:00 keçiriləcək.

Xəbər xətti